IELTS imtahanını hansı formada vermək daha yaxşdır? CB or PB

Bizi izlə

IELTS imtahanını hansı formada vermək daha yaxşdır? CB or PB

IELTS imtahanını hansı formada vermək daha yaxşdır? CB or PB?

Dream Language
16 Mart 2024

Computer- Based or Paper- Based IELTS exam?

 IELTS imtahanını hansı formada vermək daha yaxşdır? Kompüter Əsaslı yoxsa Kağız Əsaslı?

Son vaxtlar tələbələrin ən çox verdiyi suallardan biri məhz budur. Bu əslində biraz da şəxsə görə dəyişən məsələ olmaqla şəxsi keyfiyyətləriniz əsasında qərarlaşdırıla bilər. Məsələn, sizin əl yazınız pisdirsə Computer Based, klaviyatura ilə aranız yaxşı deyilsə Paper Based IELTS imtahanı götürə bilərsiniz.

İndi isə section-lar üzrə hər birinin avantaj və dezavantajlarına baxaq:

 IELTS Listening
Bu bölmə PB -də daha asandır. Çünki, CD-də eyni anda monitor və klaviyaturaya baxmaq sizi çaşdıra bilər.

 IELTS Reading
Reading zamanı mətn və sualları eyni anda ekranda gördüyümüz üçün CD daha əlverişli olsa da, mənim kimi daim key word- ləri vərəq üzərində highlight etməyə öyrəşənlər üçün nisbətən çətin ola bilər.

 IELTS Writing
Bu section üçün CD daha əlverişlidir. Çünki, söz sayını görə və pozanla əlləşmədən rahat silə (copy paste məsələləri) bilirsiniz.
-Ancaq unutmayaq ki, spelling etmə şansınız CD-də daha yüksəkdir.

 Deadline məsələləri olanlar isə hər zaman CD -ni üstün tuta bilər. Çünki, PB-də sertifikatınız üçün 13 gün gözləməli olduğunuz halda , kompüter əsaslı imtahanda 2-4 gün ərzində əldə edə bilərsiniz.

 Sonda qeyd edək ki, IELTS imtahanını hansı formatda verəcəyinizə öncədən- hazırlıq proseduru ərzində qərar verməyiniz ona görə tövsiyə olunandır ki, praktikalarınızı buna uyğunlaşdırıb struktura vərdiş edəsiniz.

 Həmçin öncədən IELTS Sınaq İmtahanında iştirak edərək özünüzü yoxlaya bilərsiniz

To sum up, bütün avantajları və dezavantajları gözdən keçirsəniz də imtahan formatınıza qərar verərkən şəxsi keyfiyyət və vərdişləriniz əsasında qərar verməyi unutmayın.