Avropada qazana biləcəyiniz 5 ən yaxşı təqaüd proqramı

Bizi izlə

Avropada qazana biləcəyiniz 5 ən yaxşı təqaüd proqramı

Avropada qazana biləcəyiniz 5 ən yaxşı təqaüd proqramı

Dream Language
14 Aprel 2024

Avropada qazana biləcəyiniz 5 ən yaxşı təqaüd proqramı

İsveçrə, Almaniya və ya Macarıstan? Siz hansı Avropa ölkəsində magistratura bakalavr və ya doktorantura təhsili almaq istərdiniz?

Bu dəfəki bloq yazımızda məhz bu haqda- IELTS sertifikatını aldıqdan sonra Avropada qazana biləcəyiniz 5 ən yaxşı Təqaüd proqramları,həmin proqramlara qəbul üçün hansı tələblər olduğuç həmçinin müraciət etmədən öncə nələrə diqqət etməli olduğunuz haqda yazmışıq.

1. DAAD Təqaüd Proqramı

Almaniyada dokotorantura və  magistratura təhsili üçün nəzərdə tutulan DAAD proqramında daha çox iqtisadiyyat və biznes kimi sahələrə üstünlük verilir. Bu proqrama müraciət tarixi avqust-oktyabr ayları arsındadır.

Əgər magistratura və ya doktorantura təhsili almaq üçün DAAD proqramına müraciət etməyi planlaşdırırsınızsa, ən gec halda May ayından etibarən IELTS dərslərinə başlamağınızı tövsiyə edirik. Qeyd edək ki, standart IELTS proqramının müddəti ortalama 3 aydır. IELTS FAQ məqaləmizə keçid edərək IELTS haqda daha ətarflı məlumat əldə edə bilərsiniz.

2. “VİSEGRAD” Təqaüd Proqramı

Bu təqaüd proqramında siz 4 semestrin hər birini 1  Avropa ölkəsində təhsil almaq şansı qazanırsınız. Həmin ölkələr aşağıdakılardır

- Polşa ;

-Macarıstan ;

-Çexiya ;

-Slovakiya.

Siz də bü ölkələrdə bakalavr, magistratura və ya doktorantura təhsili almaq istəyirsinizsə “VİSEGRAD” Təqaüd Proqramına müraciət edə bilərsiniz

3. “Chevening” Təqaüd Proqramı

Bu proqram Ingiltərədə 1 illik Magistratura təhsilini əhatə edir. “Chevening” Təqaüd Proqramında da “full scholarship” əldə edə bilərsiniz.Buraya səyahət , yaşam xərcləri və s. daxildir.

 4. “Stipendium Hungaricum” Təqaüd Proqramı

Azərbaycan və Macarıstan hökümətlərinin birgə təklifi olan bu təqaüd proqramı daha çox magistratura üçün tövsiyə olunsa da, bakalavr təhsili üçün də müraciət etmək  mümkündür. “Stipendium Hungaricum” Təqaüd proqramı üçün son müraciət tarixi adətən hər il 15 yanvara qədər olur

5. “Swedish Scholarship”    Təqaüd Proqramı

Bu təqaüd proqramı da tələbələr üçün full- tam təqaüd təmin edir  . Səyahət  və təhsil haqqı ilə  yanaşı 11.000 isveç kronu məbləğində təqaüd nəzərdə tutulur

Önəmli qeyd :

Hər bir teqaüd proqramı  üçün IELTS sertifikatı ilə yanaşı , həm də  universitetdə yüksək ortalama və müəyyən qədər iş təcrübəsi tələb olunur.

IELTS  sertifikatınızı əldə etdikdən sonra müraciətin son tarixini dəqiqləşdirməyi və həmin tarixə qədər digər sənədlərinizi hazırlamağı unutmayın.