Frequently asked questions about IELTS courses

Bizi izlə

IELTS kursları haqqında ən çox soruşulan suallar

IELTS kursları haqqında ən çox soruşulan suallar

Dream Language
11 Oktyabr 2022

IELTS kursları haqqında ən çox soruşulan suallar

IELTS kursları haqqında "IELTS nədir"? "Kimlər üçündür"? kimi soruşulan bir neçə sualı bu bloqda cavablandırmışıq. 

1) IELTS nədir?

İnternational English Language Testing System,yəni ana dili İngilis dili olmayanlar üçün İngilis dilinin beynəlxalq standartlaşdırma testidir.

2) IELTS kursu kimlər üçündür?

Xaricdə təhsil və iş imkanları əldə etmək istəyən hər kəs üçündür.

3) IELTS dərslərinə hansı leveldən başlaya bilərəm?

Dərslərə minimum intermediate level-dən başlaya bilərsiniz.

Əgər leveliniz aşağıdırsa öncə General English və ya Pre-IELTS dərslərinə qoşulub levelinizi artırmanızı tövsiyə edirik.

4) IELTS imtahanına hazır olduğumu necə öyrənə bilərəm?

Kursumuzda real imtahan mühiti və şərtlərinə uyğun olaraq təşkil etdiyimizMock Exam (sınaq imtahanlarında) iştirak edərək öz biliyinizi yoxlaya bilərsiniz.

5) Proqramının müddəti nə qədərdir?

Proqramın müddəti ortalama 3 aydır.

6) Proqramı daha qısa müddətdə bitirmək mümkündür?

"Intensive IELTS" proqramına qoşularaq daha qısa müddətdə bitirə bilərsiniz

7)  Bir dəfə İELTS imtahanın iştirak etmişəm ancaq aşağı bal toplamışam. Təkrar imtahan verməyə tərəddüd edirəm 

Sizə tövsiyyəmiz odur ki, sınaq imtahanlarında (Mock Exam) iştirak edib real nəticələrinizə baxasınız. Əgər nəticəniz yaxşıdırsa (6.5+) təkrar imtahana girəsiniz

8) Self-study hazırlaşıb  7+ toplamaq mümkündürmü?

Əgər siz kifayət qədər disiplinli tələbəsinizsə əlbəttə mümkündür. Davamlı şəkildə məşğul olsanız, bütün sectionlar üzrə eyni dərəcədə praktika etsəniz, istədiyiniz nəticəni əldə edə bilərsiniz

9) Reading balının dəyişkən olmasının səbəbi nədir?

Reading-də bizim balımıza təsir edər əsas meyarlar var. Bunlar: vocabulary, fast reading skills, reading background və sdir. Ən əsası isə konsantrasiya və diqqətdir.

10) IELTS-ə 0 dan başlaya bilərəm yoxsa müəyyən level tələb olunur?

IELTS-ə başlamaq üçün minimum İntermediate level tələb olunur. Əgər dil biliyiniz bundan aşağıdırsa, self-study hazırlaşaraq və yə kursda Sıfırdan İngilis dili qruplarına qoşularaq levelinizi artıra, daha sonra IELTS-ə başlaya bilərsiniz

11) IELTS-ə Sertifikatının müddəti nə qədərdir?

Sertifikatın müddəti 2 ildir

"IELTS-də doğru bilinən yanlışlar"ı öyrənmək üçün klikləyin

📍 Dərslər haqda ətraflı məlumat üçün göstərilən nömrəyə zəng edə və ya bizə Instagram-dan yaza bilərsiniz.

📞 050 465 00 90
📍 Şıxəli Qurbanov, 19 (Nizami m/s yaxınlığı)